Liviyanın baş naziri Benqaziyə reallaşdıracağı səfərini ləğv edib

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bu gün Benqazi şəhərinə rellaşdıracağı səfərini ləğv edib.

1628250
Liviyanın baş naziri Benqaziyə reallaşdıracağı səfərini ləğv edib

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ölkənin şərqindəki qanunsuz qüvvələrin lideri Xəlifə Hafterin milislərinin mane olması nəticəsində bu gün Benqazi şəhərinə rellaşdıracağı səfərini ləğv edib.

Liviya hökumət mənbələrindən alınan məlumata görə, paytaxt Tripolinin Mitiga hava limanından Benqaziyə getmək üçün yola çıxmaq istəyən Baş nazir Dibeybe  Hafter milislərinin Benqazidəki Benina Hava Limanını bağlaması nəticəsində səfərini ləğv edərək hava limanından ayrılıb.
Dibeybenin kabineti ilə reallaşdıracağı səfərində kabinet yığıncağını Benqazidə keçirməsi, bəzi qurumları və bölgələri ziyarət etməsi və vətəndaş müharibəsi nəticəsində zərər görmüş yerlərin vəziyyətini araşdırması gözlənilirdi.

5 fevralda Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə İsveçrədə bir araya gələn Liviya Siyasi Dialoq Forumu üzvlərinin səsverməsi nəticəsində ölkədə 24 dekabr 2021-ci ildə keçirilməsi planlaşdırılan seçkilərə qədər Prezidentlik Şurası rəhbərliyinə Məhammed əl-Mənfi Baş nazir olaraq da Dibeybe seçilmişdi.



Әlaqәli Xәbәrlәr