Los Ancelesdə “Şəhid diplomatlar” mövzusunda sərgi açılıb

Erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatların xatirəsinin yad edilməsi məqsədilə “Şəhid diplomatlar” mövzusunda ABŞ-ın Los Anceles şəhərində sərgi açılıb.

1627769
Los Ancelesdə “Şəhid diplomatlar” mövzusunda sərgi açılıb
sehit diplomatlar sergisi los angeles1.jpg
sehit diplomatlar sergisi los angeles.jpg

Erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatların xatirəsinin yad edilməsi məqsədilə “Şəhid diplomatlar” mövzusunda ABŞ-ın Los Anceles şəhərində sərgi açılıb.
Sərgi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilib.

1973-1984-cü illər arasında erməni terror təşkilatlarının təhdid və hücumlarına baxmayaraq vəzifələrinin başından ayrılmayan və bu uğurda şəhid olan Türk diplomatlarına həsr olunmuş sərgi böyük marağa səbəb olub.

Türkiyənin Los Ancelesdəki Baş Konsulu Can Oğuz və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev olmaqla Pakistan və Suriyadan olan nümayəndələr də daxil olmaqla, çox sayda vətəndaş qatılıb.

Sərgidə çıxış edən Oğuz "Onları heç vaxt unutmuruq, ancaq belə günlərdə yenidən xatirəsini bir daha yad edirik" deyərək, sadəcə erməni tərəfinin ağrısından danışan dairələrin şəhid edilən türk diplomatlarının hekayələrini xüsusilə dinləmələrinin vacibliyini ifadə edib.

Tarixdə yaşanan acıların üçüncü ölkələr tərəfindən siyasi vasitəyə çevrilməsini qətiyyətlə redd etdiklərini vurğulayan Can bu cür qərarların bu gün və gələcəkdə problemlərə səbəb olacağını söyləyib.

24 prel tarixində İstanbulda da açılan "Şəhid Diplomatlar Sərgisinin" qarşıdan gələn həftələrdə ABŞ-ın paytaxtı Vaşinqtonda və Nyu-Yorkda da açılmasının planlaşdırıldığı ifadə edillib.

Qeyd edək ki, Türk diplomatları hədəf alan sistematik terror hücumları və sui-qəsdlərin bütün detalları ilə izah olunduğu sərgidə Türkiyənin 1915-ci hadisələrinin aydınlığa qovuşdurmaq və həqiqətlərin üzərini açmaq üçün göstərdiyi fəaliyyətlər də nümayiş etdirilir.

Türkiyənin Los Ancelesdəki Baş konsulu Mehmet Baydar ilə konsul Bahadır Dəmirin  1973-cü ildə erməni əsilli amerikalı bir erməni tərəfindən ABŞ-da şəhid edilməsi, Türk diplomatlara qarşı təşkilatlı tərzdə edilən terrorçu hücumların başlanışı olmuşdu.

ASALA və JCAG kimi erməni terror təşkilatlarının 1970-ci illər və daha sonra həyata keçirilən hücumlarda 31-i diplomat və onların ailə üzvləri olan 58 Türkiyə vətəndaşı şəhid olduqda, ümumilikdə 77 ölüm faktı qeydə alınmış, çox sayda insan yaralanmışdı.



Әlaqәli Xәbәrlәr