Fransada polis mәntәqәsindә bıçaqlı hücum törәdilib

Bu barәdә Fransa daxili işlәr naziri Gerald Darmanin rәsmi internet sәhifәsindә paylaşım edib.

1627230
Fransada polis mәntәqәsindә bıçaqlı hücum törәdilib

Fransanın Rambouillet şәhәrindә bıçaqlı hücuma mәruz qalan polis әmәkdaşı hәyatını itirib.

Bu barәdә Fransa daxili işlәr naziri Gerald Darmanin rәsmi internet sәhifәsindә paylaşım edib.

Mәlumata görә, paytaxt Paris yaxınlığındakı Rambouillet polis mәntәqәsindә bıçaqlı hücum törәdilib. Hadisә zamanı bir polis әmәkdaşı yaralanıb. Yaralanan polis әmәkdaşı edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq hәyatını itirib. Tәcavüzkarın zәrәsizlәşdirilәrәk saxlanıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr