Sudan әdliyyә naziri İsrail ilә bağlı paylaşım edib

Sudan Suverenlik Şurası və Nazirlər Kabineti  İsrail ilə münasibәtlәrin normallaşması çәrçivәsindә  1958-ci ildən bəri qüvvədə  olan İsrailin boykot  edilmәsi ilә bağlı  qanunu ləğv edib.

1624723

Bu barәdә Sudan әdliyyә naziri Nәsrәddin Abdulbari rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

‘‘Qısa müddәt әvvәl Sudan Suverenlik Şurası vә Nazirlәr Kabinetinin birgә iclasında  İsrailin boykot edilmәsi ilә bağlı qanun lәğv edildi’’,-deyә Nәsrәddin Abdulbari bildirib.

Qeyd edәk ki, bu qanun sudanlıların İsraildәki hәr hansı bir İsrail vәtәndaşı, quruluş vә ya xarici şirkәtlәrlә müqavilә bağlamasını qadağan edirdi.

Qanunla İsrail mənşəli mәhsulların Sudana daxil edilmәsinә  və bu ölkədən keçməsinə icazə verilmirdi. Qanunun müddəalarını pozanlar 10 il azadlıqdan mәhrum edilә bilirdi.

Әlaqәli Xәbәrlәr