Pentaqon sözçüsü Əfqanıstandan qoşunların çıxarılmasına münasibət bildirib

ABŞ Əfqanıstandakı qoşunlar çıxardıqdan sonra bu ölkəyə terrora qarşı mübarizə məqsədiylə daha əsgər göndərmiyəcəyini bildirib.

1624665
Pentaqon sözçüsü Əfqanıstandan qoşunların çıxarılmasına münasibət bildirib

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü John Kirby bu barədə açıqlama verib.

John Kirby gündəlik mətbuat konfransında jurnalistlərin ünvanladıqları “ABŞ əsqərləri çıxarıldıqdan sonra Əfqanıstandakı vəziyyətin pisləşməsi halında bölgəyə terrora qarşı mübarizə edəcək hərbi qüvvə göndəriləcəkmi”? sualına cavabən: “Əfqanıstanda terrora qarşı mübarizə qüvvələrinin yenidən yerləşdirilməsi ehtimalı ilə bağlı Kabil hökuməti ilə heç bir müzakirəmiz yoxdur”.

Əfqanıstana yenidən hərbi qüvvə göndərmək kimi planlarının olmadığını ifadə edən sözçü ölkəsinin dünyada terrora qarşı mübarizə qabiliyyətinin olduğuna diqqət çəkib və məcburiyyət halında dünyanın hər tərəfində təhdidlərə müdaxilə edə biləcəklərini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı qoşunlarının 2021-ci ilin 1 May - 11 Sentyabr tarixləri arasında çıxarılacağını bildirib.



Әlaqәli Xәbәrlәr