ABŞ-ın keçmiş prezidenti D.Tramp Baydenin bu qərarına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş Prezidenti Donald Tramp, Co Baydenın Amerika qoşunlarının Əfqanıstandan çıxarılması qərarını yüksək qiymətlindirib.

1623781
ABŞ-ın keçmiş prezidenti D.Tramp Baydenin bu qərarına münasibət bildirib

Tramp qərar ilə əlaqəli yazılı açıqlamasında: “ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq nəhəng və alqışlanası qərardır. Bən əsgərləri 1 May tarixindən etibarən bu ölkədən çıxarmağı planlamışdım. Prosesi həmin tarixə qədər başladmalıyıq. 11 sentyabr ABŞ tarixi üçün matəm günüdür və eləcə qalmalıdır”.

Xatırladaq ki, Keçmiş prezident D.Tramp, ABŞ qüvvələrinin müəyyən şərtlərdə 1 May 2021-ci ilə qədər Əfqanıstandan çıxarılması mövzusunda 2020-ci ilin Fevral ayında Taliban ilə razılaşmışdı. Lakin 20 Yanvarda vəzifəsinə başlayan Prezident Co Bayden prosisin 1 Mayda başladılacağını və 11 Sentyabr 2021 tarixinə qədər tamamlanacağını açıqladı. ABŞ Konqresindəki Demokratlar ümumiyyətlə Baydenin geri çəkilmə planını dəstəkləsələr də, əksər respublikaçılar bunun təxirə salınması ilə bölgədə terror fəaliyyətlərinin yenidə artacağı nəzərindən müdafiə edərək Baydenın qərarına reaksiyşa verirlər.



Әlaqәli Xәbәrlәr