İtaliyada kovidsiz qatar səfərləri başlayır

Şəhərlərarası iki ayrı-ayrı yüksək sürət qatarında sərnişin həcmi 50 faizlə məhdudlaşdırılıb

1623103
İtaliyada kovidsiz qatar səfərləri başlayır

 

  İtaliyada paytaxt Roma ilə Milano şəhərləri arasında miniş üçün mənfi PCR testi nəticəsi tələb edən kovidsiz yüksək sürət qatarı səfərləri başlayır.

  Şəhərlərarası iki ayrı-ayrı yüksək sürət qatarında sərnişin həcmi 50 faizlə məhdudlaşdırılıb.

  “Tren İtalia” Dövlət Dəmiryolları Şirkətinin məlumatına görə, qatarlara minməzdən əvvəl sərnişinlərdən mənfi nəticəli testlər tələb olunması zəruridir. Sərnişinlər dəmiryol stansiyalarında da “Covid-19” testi etdirə bilərlər.

  Peyvənd edilmiş sərnişinlər isə ya həmin sənədi təqdim etməli, ya da yenidən testdən keçməlidirlər.

  Testi müsbət çıxanların bilet pulları geri qaytarılacaq.

  İlk kovidsiz səfərlər Roma ilə Milano arasında başlayır. Daha sonra Florensiya, Venesiya, Napoli və digər turistik yerlərə də etibarlı səyahətlərə icazə veriləcək.



Әlaqәli Xәbәrlәr