Prezidenti Co Bayden Rusiya ilə əlaqələrə münasibət bildirib

Co Bayden: “Biz sabit, proqnozlaşdırıla bilən münasibət istəyirik. Ancaq Rusiya demokratiyamıza müdaxilə etməyə davam edərsə, əlavə addımlar atmaqda imtina etməyəcəyik”.

1622494
Prezidenti Co Bayden Rusiya ilə əlaqələrə münasibət bildirib

Prezident Co Bayden Ağ Evdəki  çıxışında 13 aprel tarixində Rusiya Prezidenti Vladimir Putinlə telefon yolu ilə “səmimi və dostanə” görüş keçirdiyini xatırladıb:  “İki ölkə arasındaki əlaqələrin davam etməsi üçün mən və cənab Putin öhdəliklərimizin idrakında olmalıyıq. Bu məsuliyyəti ciddi qəbul edirəm, düşünürəm ki, Putin də bunu qəbul edir”.

 Rusiyanın 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinə biganə qalınmayacağını daha əvvəl bəyan etdiyini ifadə edən prezident Bayden hec bir xarici gücün ölkəsindəki demokratik prosesə müdaxilə etməsinə qeydsiz qalmalarının mümkün ola bilməyəcəyini qeyd edib.

ABŞ dövlət qurumlarını hədəfə götürən və arxasında Rusiyanın olduğu iddia edilən “Solarwinds” kiber hücumuna toxunan Bayden, Yanvar ayında Putinlə etdiyi telefon danışığı zamanı bu hücumun cavabsız qalmayacağını, lakin ABŞ-ın Rusiya ilə gərginliyi artırmaq və münaqişə dövrünə başlamaq istəmədiyini bildirdiyinə  diqqət  çəkib.

ABŞ və Rusiyanın qlobal problemlərə qarşı mübarizədə əməkdaşlıq edəbiləcəyini ifadə edən Bayden, danışıq zamanı Rusiyanın Ukrayna ilə olan sərhədə və işğal altındakı Krıma hərbi yığınaq etməsindən narahat olduğunu, ABŞ-nın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini daha bir dəfə xatırlatdığını vurğulayıb.

Problemlərin dialoq və diplomatik proseslər yolu ilə həll olunmasının lazım gəldiyini, ABŞ-nın bu prosesi konstruktiv şəkildə davam etdirməyə hazır olduğunu, Rusiyaya ABŞ-ın maraqlarına zidd addım atması halında lazımlı cavabı verməkdə imtina etməyəcəklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr