Afrikada 100 milyondan çox insan ərzaq böhranı ilə qarşı-qarşıyadır

Afrikada 100 milyondan çox insanın "fəlakət səviyyəsində" ərzaq böhranı ilə qarşı-qarşıya olduğu bildirilib.

1622655
Afrikada 100 milyondan çox insan ərzaq böhranı ilə qarşı-qarşıyadır

Afrikada 100 milyondan çox insanın "fəlakət səviyyəsində" ərzaq böhranı ilə qarşı-qarşıya olduğu bildirilib.

Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətləri Federasiyasının (IFRC) hesabatına görə, qitədəki qarşıdurmalar, təhlükəsizlik problemləri, çəyirtkə sürüləri, iqlim dəyişiklikləri, daşqınlar və iqtisadi çətinliklər ərzaq böhranını artıran amillərdəndir.

Afrikada 100 milyondan çox insanın ərzaq böhranı ilə qarşı-qarşıya olduğunu bildirən IFRC yeni növ koronavirus (Covid-19) epidemiyasının da bir çox ölkədə problemi artırdığını qeyd edib.

Qida çatışmazlığı ilə ən çox qarşı-qarşıya olan bölgələr arasında Cənubi Sudan, Somali, Efiopiyanın Tigray bölgəsi, Çad Gölü Hövzəsi, Burkina Faso, Mali ilə Niger sərhədi göstərilib.



Әlaqәli Xәbәrlәr