ABŞ prezidenti Co Bayden Angela Merkel ilə görüşüb

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Almaniya kansleri Angela Merkel ilə görüşüb.

1621768
ABŞ prezidenti Co Bayden Angela Merkel ilə görüşüb

Ağ Evdən yayılan yazılı açıqlamada Bayden və Merkelin baş tutan telefon danışığında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin davam etdiyini NATO ilə əlaqələrə güclü bağlılıqlarını vurğuladıqları bildirilib. Şərhdə qeyd edilib ki, Bayden və Merkel Kovid-19 əleyhinə mübarizə, qlobal sağlamlıq təhlükəsizliyini gücləndirmək və iqlim dəyişikliyinə qarşı mübarizə kimi ümumi prioritet sahələrdə sıx əməkdaşlığın davam etdirilməsi mövzusunda mütabiq qalıb. Rusiyanın Ukrayna ilə olan sərhəddinə və işğal altındakı Kıramda hərbi yığınaq etməsindən narahatlıq duyduqlarını ifadə ediblər. Baydenin Almaniyanın NATO-nun Əfqanıstandakı Dəstək Missiyasına verdiyi töhfəyə görə Merkelə təşəkkür etdiyinə diqqət çəkilən açıqlamada iki liderin Əfqanıstanda sülhün bərpasına dair atılan addımlara dəstək mövzusunda razılaşdığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr