Nigeriyada silahlı şəxslərin qaçırdığı 26 nəfər xilas edilib

Nigeriyanın Kaduna və Zamfara əyalətlərində silahlı şəxslər tərəfindən girov saxlanılan 26 nəfər həyata keçirilən əməliyyat nəticəsində xilas edilib.

1619294

Kaduna əyalətinin polis sözçüsü Məhəmməd Jalige əyalətin Birnin Gvari bölgəsində silahlı şəxslərə qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Jalige əməliyyatda girov götürülən 15 nəfərin xilas edildiyini və çox sayda silahlının da yaralı qaçdığını söyləyib.

Zamfara əyalətinin polis sözçüsü Məhəmməd Şehu da əyalətin Maru bölgəsində silahlılara qarşı əməliyyatda 11 girovun xilas edildiyini bildirib. Şehu sağ qalanların əyalət rəhbərliyinə təhvil verildiyi barədə məlumat paylaşıb.

Bölgə bəzən heyvandarlıqla məşğul olan Fulanilər ilə əkinçiliklə dolanan bəzi qəbilələr arasında şiddətli qarşıdurmalara səhnə olur. 

Heyvanlarını otarmaq üçün ölkənin cənubuna köç edən Fulanilər əkinçilərin mallarını oğurlamağa cəhd etdiyini və onlara hücum etdiyini iddia edir.

Әlaqәli Xәbәrlәr