ABŞ dövlət katibi Antony Blinken Brüsselə səfərə gedir

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət departamentinin rəhbəri Antony Blinken bu həftə Belçikanın paytaxtı Brüsselə səfərə gedəcək.

1619561
ABŞ dövlət katibi Antony Blinken Brüsselə səfərə gedir

Amerika mətbuatına müsahibə verən bir səlahiyyətlinin sözlərinə görə Blinkenin Brüsselə səfəri zamanı baş tutacaq görüşlərdə İran, Əfqanıstan və Rusiya-Ukrayna gərginliyi kimi mövzular müzakirə ediləcək. ABŞ Müdafiə naziri Lloyd Austinin də 10 aprel tarixində Belçika, İsrail və Almaniya turuna çıxdığını xatırladan Amerikalı rəsmi Blinkenin Brüsselə səfərinin Rusiya və Ukrayna sərhədindəki gərginliyin  hökm sürdüyü dövrdə reallaşmasına diqqət çəkib.

 



Әlaqәli Xәbәrlәr