Tunisdə Siyasi Dialoq Forumu Hüquq Komitəsi toplandı

Aprelin 8-də Liviyanın Tunisdə təşkil etdiyi Siyasi Dialoq Forumu Hüquq Komitəsi Toplantısı başlanıb

1617128
Tunisdə Siyasi Dialoq Forumu Hüquq Komitəsi toplandı

 

  Aprelin 8-də Liviyanın Tunisdə təşkil etdiyi Siyasi Dialoq Forumu Hüquq Komitəsi Toplantısı başlanıb. Yığıncaqda ölkədə 24 dekabrda edilməsi planlanan seçkilərin konstitusiya təməli müzakirə olunur.

  Birləşmiş Millətlər Təşkilatı Liviya Dəstək Missiyasından (UNSMİL) verilən yazılı məlumata görə, BMT-nin Liviyaya Humanitar Yardım Bölümünün koordinatoru Jorjetta Qanon (Georgette Gagnon) üç gün davam edəcək toplantının açılışında çıxış edib.

  Yığıncaqda BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubisi (Jan Kubis) təmsil edən Qanon iştirakçılara xitabən deyib: "Qarşımızdakı parlament və prezident seçkilərinin önünü açaraq birlik üçün çalışmaq və keçid dövrünün sona çatmasını təmin etmək lazımdır. Bundan başqa nə etmək istəsəniz, Liviya xalqı üçün xəyal qırıqlığı olar və yol xəritəsinə bağlılıqlar pozular.

  Seçkilərin vaxtında edilməsi üçün konstitusiya və prezident seçkiləri  çərçivəsi iyul ayında hazırlanmalıdır. Zaman faktoru çox əhəmiyyətlidir.

  Sizə seçkilər üçün bütün diqqətinizi konkret və tətbiq oluna biləcək təkliflərə yönəltmənizi tövsiyə edirəm."

  Qeyd edək ki, BMT-nin liderliyi altında müxtəlif siyasi və ictimai qurumları təmsil edən 75 nəfərlə həyata keçirilən Liviya Siyasi Dialoq Forumu 2021-ci ilin 24 dekabrında parlament seçkilərinin keçirilıməsini qərara alıb.



Әlaqәli Xәbәrlәr