Tunis prezidenti K.Səid: “Liviya ilə taleyimiz və hədəflərimiz ortaqdır”

"Liviya ilə taleyimiz və hədəflərimiz ortaqdır", bunu Tunis prezidenti Kays Said deyib

1617107
Tunis prezidenti K.Səid: “Liviya ilə taleyimiz və hədəflərimiz ortaqdır”

 

16 martdan Liviya xarici işlər naziri vəzifəsini daşıyan Nəcla əl-Menkuş xaricə ilk rəsmi səfərini Tunisə reallaşdırıb. O, bu ölkənin dövlət başçısı Kays Səid tərəfindən qəbul edilib.

Tunis prezident administrasiyasından yayılan məlumata görə, paytaxt şəhərdə Karfagen sarayında reallaşan qəbul zamanı iki ölkə arasındakı əlaqələr və əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Prezident Said iki ölkənin də mövcud problemlərin öhdəsindən gələbiləcək əzminə sahib olduğunu ifadə edərək: “Liviya ilə taleyimiz və hədəflərimiz ortaqdır.”

Liviya Xarici İşlər Naziri Menkuş da öz növbəsində: “Liviya Prezident Şurası Başçısı Məhəmməd Yunis əl-Menfi və Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe Tunislə fərqli sahələrdə əməkdaşlığı gücləndirmək üçün lazımlı addımları atmaqda hazırdır. Liviya böhranındakı müsbət roluna görə minnətdarlığımızın əlaməti kimi _xaricə olan ilk rəsmi səfərimi Tunisə reallaşdırdım”.

Xatırladaq ki, 17  Martda  Liviyaya  sәfәr  edәn  Tunis prezidenti Səid BMT-nin himayәsindәki  yeni rəhbərliyin işə başlamasından sonra bu  ölkәyә  gedən ilk dövlət başçısı  idi.



Әlaqәli Xәbәrlәr