İspaniyada “AstraZeneca” peyvəndinin tətbiqi dayandırıldı

İspaniyada “AstraZeneca” peyvəndinin 60 yaşdan aşağı insanlara vurulması qadağan edildi.

1617311
İspaniyada “AstraZeneca” peyvəndinin tətbiqi dayandırıldı

İspaniya, riskili olduğuna dair iddialara görə yeni növ koronavirüs (Kovid-19) əleyhinə hazırlanmış “AstraZeneca” peyvəndinin 60 yaşdan aşağı insanlara tətbiqini dayandırdı.

Qərar İspaniya Səhiyyə Naziri Carolina Dariasın ölkədəki 17 muxtar idarənin səhiyyə şöbələrinin rəhbərləri ilə təşkil etdiyi iclasda qəbul edilib. Səhhiyə naziri Dariasın məlumatına görə “AstraZeneca” peyvəndin tətbiqinin dayandırılması qərarı qan laxtalanmasına səbəb ola biləcəyi ehtimalına qarşı qəbul edilib. Nazir qeyd edib ki, 60 yaşxdan yuxarı olanlar öz istəkləri ilə bu peyvəndi vuruulabiləcəklər.

Xatırladaq ki, Avropada Belçika və İtaliya kimi bəzi ölkələr də “AstraZeneca” peyvəndinin 60 yaşından aşağı insanlara tətbiqini dayandırıblar.



Әlaqәli Xәbәrlәr