Yunanıstan Baş naziri Liviyaya sәfәr edib

Liviyanın paytaxtı Tripoliyә sәfәr edәn Yunanıstan Baş naziri Kiryakos Miçotakis Milli Hәmrәylik Hökumәtinin Baş naziri  Abdulhәmit Dibeybe ilә görüşüb.

1616106
Yunanıstan Baş naziri Liviyaya sәfәr edib

 

Liviyanın paytaxtı Tripoliyә sәfәr edәn Yunanıstan Baş naziri Kiryakos Miçotakis Milli Hәmrәylik Hökumәtinin Baş naziri  Abdulhәmit Dibeybe ilә görüşüb.

Mәlumata әsasәn, Baş nazir Abdulhәmit Dibeybe  Kiryakos  Miçotakisi rәsmi mәrasimlә qarşılayıb. Liderlәr heyәtlәr arasında baş tutan görüşdәn sonra birgә mәtbuat konfransı tәşkil ediblәr. Mәtbuat konfransında çıxış edәn Liviya Baş naziri Yunanıstan ilә energetika, dәniz ticarәti vә hәrbi dәnizçilik tәhsili  sahәlәrindәki bütün müqavilәlәrin yenidәn aktivlәşәcәyinә ümidvar olduqlarını deyib.

Türkiyә ilә Liviya arasında 2019-cu ilin 27 noyabr tarixindә imzalanan anlaşma memorandumuna toxunan A.Dibeybe deyib: ‘‘ Hәr növ müqavilәnin uyğun hәll yollarının  tәmin edilmәsinә töhfә vermәsinin,  Liviya, Türkiyә vә Yunanıstanın  hüquqlarının qorunmasının әhәmiyyәtini vurğulayırıq’’.



Әlaqәli Xәbәrlәr