Dünya miqyasında 610 milyon doza peyvənd vurulub

Dünya miqyasında yeni növ koronavirus (Covid-19) əleyhinə immunitetin gücləndirilməsini təmin etmək məqsədilə 610 milyondan dozadan çox peyvənd vurulub.

1613594
Dünya miqyasında 610 milyon doza peyvənd vurulub

Dünya miqyasında yeni növ koronavirus (Covid-19) əleyhinə immunitetin gücləndirilməsini təmin etmək məqsədilə 610 milyondan dozadan çox peyvənd vurulub.

Əhali sayı ilə müqayisədə hər 100 adamdan ən yüksək dozada peyvənd vurulan ölkə İsrail olub.

İndiyə qədər tətbiq olunan doza sayının ölkə əhalisini keçdiyi İsraildə 100 adam başına düşən doza sayı 116,18 təşkil edib.

Bu ölkəni 103,8 doza ilə Seyşellər, 84,84 ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 56,29 ilə Çili, 52,53 ilə İngiltərə, 46,7 ilə Monako, 45,94 ABŞ, 45,56 ilə Bəhreyn 44,54 ilə Maldivlər  izləyib.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər Türkiyədə 16 milyon 380 min 634 doza "Covid-19" peyvəndi vurulub. Türkiyə cəmi peyvənd baxımından dünya ölkələri arasında 6-cı yerdədir. Hər 100 adam başına düşən peyvənd sayı 19,15 olub.

9 milyon 343 min 819 nəfərə birinci doza, 7 milyon 39 min 815 nəfərə ikinci doza vurulub.

Peyvəndlərin qitələr nisbətində paylanmasında Asiya qitəsi 260 milyon 13 min vaksin ilə birinci, onu 169 milyon 82 min ilə Şimali Amerika, 128 milyon 66 min vaksin ilə Avropa izləyir.

Cənubi yarımkürədəki qitə və bölgələr şimaldakılardan geri qalıb. Cənubi Amerikada 39 milyon 35 min, Afrikada 11 milyon 42 min, Okeaniyada 778 min 733 doza peyvənd tətbiq edilib.



Әlaqәli Xәbәrlәr