ABŞ Prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını keçirdi

ABŞ prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını Ağ Evdə yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində keçirib.

1613353
ABŞ Prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını keçirdi

ABŞ prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını Ağ Evdə yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində keçirib.

20 yanvarda vəzifəsinin icrasına başlayan Bayden Ağ Evdəki ilk kabinet iclasından əvvəl jurnalistlərə qısa açıqlama verib.

Bayden Senata kabinetini "rekord müddətdə" təsdiqlədiyinə görə təşəkkür edib.

Martın 31-də gün Pittsburqdakı infrastruktur planını açıqladığını xatırladan Bayden bu proqramın həyata keçirilməsi üçün kabinetindəki 5 nazirə müxtəlif vəzifələr tapşırdıqlarını bildirib.

O, nazirliklərin xərclərinə Amerika istehsalı olan malların alınmasına da üstünlük verilməli olduğunu söyləyib.

İclas Baydenin çıxışından sonra mətbuata qapalı davam edib.



Әlaqәli Xәbәrlәr