ABŞ-dan Fələstinə 125 milyon dollar yardım

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi Fələstinə 125 milyon dollar yardım göndəriləcəyi   barədə Konqresə məlumat verib.

1613428
ABŞ-dan Fələstinə 125 milyon dollar yardım

"The Hill" xəbər saytının Konqres mənbələrinə istinad  etdiyi  məlumata  görə  Co Bayden rəhbərliyi Donald Tramp dövründə dayandırılmış yardımı yenidən aktivləşdirir. Bu çərçivədə Biyden rəhbərliyi Fələstinə 125 milyon dollarlıq yardımın  göndəriləcəyinə  dair konqresə  məlumat  verib.  Qeyd   edilir ki,  sözügedən yardımın  bir  hissəsi  2020-ci il büdcəsinə daxil edilsə  də Tramp administrasiyası tərəfindən dayandırılmışdı.  Veriləcək yardığım 75 milyon dolları İordan  çayının  qərb   sahili və Qəzzadakı iqtisadi vəziyyəti yaxşılaşdırmaq və əsas humanitar ehtiyacları təmin  etmək, 40 milyon dolları  isə  Fələstindəki təhlükəsizlik əməkdaşlıq proqramı və 10 milyon dolları  isə  Fələstin və İsrail xalqları arasında mütabiq  qalınan    sahələrdə  xərclənəcək. 

Xatırladaq ki, Biyden rəhbərliyi İsrail ilə Fələstin arasında iki dövlətli həll yolundakı  səylərini artıracaqlarını və Trampın rəhbərliyi dövründə  dayandırılan  yardımların  yenidən   çatdırılacağını    bildirib. 



Әlaqәli Xәbәrlәr