Alyaskada helikopter qəzaya uğrayıb

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinin şərqindəki buzlaq ərazisində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, daha biri xəsarət alıb.

1610323
Alyaskada helikopter qəzaya uğrayıb

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinin şərqindəki buzlaq ərazisində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, daha biri xəsarət alıb.

Ştatın Knik Buzlaq bölgəsində "Eurocopter AS50" helikopteri naməlum səbəbdən qəzaya uğrayıb.

Alyaska Xilasetmə Koordinasiya Mərkəzindən bir xilasetmə qrupu qəza yerinə gəlib.

Hələ həyatını itirənlərin şəxsiyyəti açıqlanmasa da, Nəqliyyat İşləri üzrə Milli İdarə Heyətinin qəza ilə əlaqədar istintaq başlatdığı bildirilib.



Әlaqәli Xәbәrlәr