Myanmada hərbi çevrilişə qarşı etiraz aksiyaları davam edir

Myanmada hərbi çevrilişə qarşı öz etirazını bildirən minlərlə aksiyaçı küçələrə axışıb.

1608261
Myanmada hərbi çevrilişə qarşı etiraz aksiyaları davam edir

Myanmada hərbi çevrilişə qarşı öz etirazını bildirən çox sayda aksiyaçı yenə küçələrə axışıb. 

Yanqon, Mandalay, Baqo və Kyaukme bölgələrindəki meydanlara axışan minlərlə aksiyaçı təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə resksiya göstərib.

Yanqondakı bəzi aksiyaçılar federal ordunun qurulması ilə əlaqədar şüarlar səsləndiriblər. Etiraz aksiyasında dovlət qulluqçuları da iştirak ediblər. 

Dünən ölkənin bir sıra bölgəsində martın 23-də  Mandalay bölgəsində 7 yaşlı bir uşağın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə əlaqədar səssiz tətil elan edilmişdi. 

Myanma Siyasi Məhbuslara Yardım Qurumunun bu gün yayımladığı hesabatda son 24 saatda təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində 11 nəfərin də həyatını itirdiyi bildirilib. 

Beləliklə ölkədə keçirilən etiraz aksiyaları zamanı həyatını itirənlərin sayı 286 nəfərə çatıb. 



Әlaqәli Xәbәrlәr