Fәlәstin Birlәşmiş Millәtlәr Tәşkilatının qәrarını mәmnuniyyәtlә qarşılayıb

Fәlәstin Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqları üzrә Şurasının İsrailin qeyri-qanuni şәkildә inşa etdiyi yaşayış mәntәqәlәrini qınamasını mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.

1608093

Fәlәstin xarici işlәr naziri Riyad әl-Maliki verdiyi bәyanatda BMT İnsan Hüquqları üzrә Şurasının qәrarını qiymәtlәndirib.

Riyad әl-Miliki deyib: ‘‘İşğal altındakı Fәlәstin torpaqlarında qeyri-qanuni şәkildә inşa edilәn yaşayış mәntәqәlәri ilә bağlı qәrar  bu yaşayış mәntәqәlәrinә dәstәyin dayandırılmasının vacibliyini qeyd edir’’.

Fәlәstin xarici işlәr naziri Birlәşmiş Millәtlәr Tәşkilatının İnqan Hüquqları üzrә Şurasının İsrailin qeyri-qanuni şәkildә inşa etdiyi yaşayış mәntәqәlәrini qınamasını mәmnuniyyәtlә qarşıladığını bildirib.

Qeyri-qanuni yaşayış mәntәqәlәrinin inşasının dayandırılmasının әhәmiyyәtini vurğulayan Maliki qeyd edib ki, bu addımlar sülh vә iki dövlәtli hәll prosesinә zәrbә vurur.

Әlaqәli Xәbәrlәr