NATO Xarici İşlər Nazirləri Zirvə Toplantısının müzakirə mövzuları

Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ölkələrinin xarici işlər nazirləri bir ildən çox müddətdən sonra ilk dəfə üz-üzə yığıncaq üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəldilər

1606911
NATO Xarici İşlər Nazirləri Zirvə Toplantısının müzakirə mövzuları

 

  Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ölkələrinin xarici işlər nazirləri bir ildən çox müddətdən sonra ilk dəfə üz-üzə yığıncaq üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəldilər.

  Toplantıda Türkiyəni ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edir.

  İki günlük NATO Zirvə Toplantısının gündəm mövzuları bunlardır:

  • Baş katib Yens Stoltenberq (Jens Stoltenberg) NATO-nun gələcəyi haqqında hazırladığı “NATO-2030” məruzəsini təqdim edəcək, bunun ətrafında fikir mübadiləsi aparılacaq;
  • Nazirlər NATO-nun Əfqanıstandakı hərbi varlığı və Əfqanıstan sülh prosesi ilə bağlı müşavirələrdə iştirak edəcək;
  • NATO-nun Orta Şərq və Şimali Afrikaya yanaşması və təşkilatın bu bölgələrdə sabitlik üçün nələr edə biləcəyi danışılacaq.

  NATO Xarici işlər Nazirləri Yığıncağının ikinci günündə isə Y.Stoltenberqin sözlərilə görə, müstəvidə Rusiya məsələsi, yəni Rusiya hökumətinin ölkədə müxaliflərə təzyiq göstərməsi, siber hücumlarla NATO ölkələrində seçkilərə müdaxilə etməsi, demokratiyaları baltalamağa çalışması və ümumiyyətlə, təcavüzkar mövqe tutması olacaq.



Әlaqәli Xәbәrlәr