Samia Suluhu Hassan Tanzaniyanın ilk qadın prezidenti oldu

Tanzaniyada vitse-prezident Samia Suluhu Hassan prezident John Magufulinin vəfatından sonra and içrək ölkə tarixində  ilk qadın prezident olaraq vəzifəyə başladı.

1604602
Samia Suluhu Hassan Tanzaniyanın ilk qadın prezidenti oldu

Samia Suluhu Hassan and mərasimindən sonra verdiyi açıqlamada, ölkənin çətin dövrdən keçdiyini, birlik və həmrəylik çərçivəsində mərhum Maqufulinin yolunda addımlamaqda davam edəcəyini bildirib.

Keçmiş prezident John Magufulinin xatirəsinə Darüssalam, Dodoma, Mwanza və Geita şəhərində mərasim təşkil ediləcəyini ifadə edən Hassan, mərhumun 25 Martda Çatoda dəfn ediləcəyini deyib. 



Әlaqәli Xәbәrlәr