Vaksinlərin ədalətli bölgüsü üçün təcili sammit tələb edildi

Latviya, Avstriya, Sloveniya, Bolqarıstan və Çexiyanın fikrincə...

1600795
Vaksinlərin ədalətli bölgüsü üçün təcili sammit tələb edildi

 

  Avropa İttifaqının üzvü olan bəzi ölkələr koronavirusa qarşı vaksinlərin ədalətli bölgüsü məsələsinə dair təcili sammit keçirilməsi tələbi ilə çıxış ediblər.

  Latviya, Avstriya, Sloveniya, Bolqarıstan və Çexiyanın fikrincə, vaksinlər elə bölüşdürülməlidir ki, Aİ üzvü olan bütün dövlətlər iyun ayının sonuna, yəni ilin ortalarına qədər əhalinin peyvəndlənməsi üçün ən azı ilk növbədə qarşıya qoyulmuş məqsədlərə nail ola bilsinlər.

  Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə və Avropa Şurasının sədri Şarl Mişelə ünvanlanmış məktub əhalisinin sayı 10 milyon nəfərdən çox olmayan dövlətlərin (əhalisi 10,6 milyon olan Çexiya istisna olmaqla) rəhbərləri – Çexiya, Sloveniya, Bolqarıstan və Latviyanın hökumət başçıları, habelə Avstriya kansleri tərəfindən imzalanıb. Məktubda deyilir: “Əgər sistem bundan sonra da belə fəaliyyət göstərsə, yaya qədər üzv ölkələr arasında çox böyük qeyri-bərabərlik yaranacaq və bu fərq daha da artacaqdır. Bəzi ölkələrdə artıq iki həftədən sonra kollektiv immunitet yarana biləcəyi halda digər ölkələr çox geridə qalacaqlar”.

  Xatırladaq ki, dünyada vaksinlərin ədalətsiz bölgüsü məsələsini Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirilmiş tarixi mətbuat konfransında qeyd etmişdi.
 



Әlaqәli Xәbәrlәr