Entoni Blinken Şәrqi Aralıq dәnizindәki vәziyyәti qiymәtlәndirib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Türkiyәnin Şәrqi Aralıq dәnizindәki problemlәrin hәll edilmәsi üçün Avropa İttifaqı ilә keçirdiyi görüşlәri dәstәklәdiklәrini deyib.

1598970

ABŞ-ın dövlәt katibi Şәrqi Aralıq dәnizindәki son vәziyyәtlә bağlı sualları cavablandırıb.Son hәftәlәrdә Şәrqi Aralıq dәnizi mәsәlәsindә müsbәt proseslәrin  yaşandığını ifadә edәn Entoni Blinken bildirib ki, Türkiyәnin Şәrqi Aralıq dәnizindәki problemlәrin hәll edilmәsi üçün attığı konstruktiv addımlar bölgәdәki tәzyiqin sәviyyәsini azaltdı. Bunu dәstәklәyirik vә bu növ addımların bu istiqamәtdә atıla  bilmәsinә yardım etmәyә davam edәcәyik.

‘‘Amerika Birlәşmiş Ştatları Şәrqi Aralıq dәnizindәki sabitliyin tәmin olunması vә bütün tәrәflәrin suverenlik haqlarının vә әrazi bütövlüyünün qorunması mәsәlәsindә çox diqqәtlidir. Bölgәdәki problem sülh vә diplomatik yollarla hәll edilә bilәr’’,-deyә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi vurğulayıb.

Әlaqәli Xәbәrlәr