E.Blinken: ‘‘Qıbrız mәsәlәsinin hәll edilmәsi üçün göstәrilәn bütün sәylәri dәstәklәyirik’’.

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken deyib: ‘‘Qıbrızı iki icmalı vә iki bölgәli federasiya olaraq birlәşdirәcәk әhatәli bir müqavilәni güclü şәkildә dәstәklәyirik’’.

1598988

Entoni Blinken Qıbrız müzakirәlәri ilә bağlı prosesi qiymәtlәndirib.
E.Blinken gәlәn ay İsviçrәnin Cenevrә şәhәrindә Qıbrız mәsәlәsi ilә bağlı  keçirilәcәk qeyri-rәsmi toplantıyla bağlı ABŞ-ın hansı mövqeyi tutacağı ilә bağlı bir sualı cavablandıraraq deyib: ‘‘Qıbrızı iki icmalı vә iki bölgәli federasiya olaraq birlәşdirәcәk әhatәli bir  müqavilәni güclü şәkildә dәstәklәyirik. Bu istiqamәtdә göstәrilәn bütün  sәylәri dә dәstәklәyirik’’.
Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreşin 27-29 aprel tarixlәrindә Cenevrәdә Qıbrız mәsәlәsi ilә bağlı keçirmәyi planlaşdırdığı qeyri-rәsmi iclasda tәrәflәrin ortaq müzakirә zәminindә bir araya gәlib-gәlmәyәcәyi müzakirә olunacaq.

Әlaqәli Xәbәrlәr