BMT TŞ Myanma ordusunu təmkinli olmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Myanmada nümayişçilərə tətbiq edilən şiddət və zorakılıqlara reaksiya verib və ordunu təmkinli olmağa çağırıb.

1599058
BMT TŞ  Myanma ordusunu təmkinli olmağa çağırıb

Myanmada həyata keçirilən hərbi çevrilişə biganə qalaraq indiyə dək reaksiya verməyən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında ölkədə cərəyan edən hadisələrin qınanması mövzusuna ilk dəfə mütabiq qalınıb. Həmin qərardan sonra Şuradan yayılan açıqlamada çevriliş əleyhinə nümayişlərdə aksiyaçılara qarşı şiddət qınanıb və ordu təmkinli olmağa çağırılıb. Çin və Rusiyanın etirazına görə qınama sözü əks olunmayan 15 üzvdən ibarət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının açıqlamasında Myanmada demokratik keçid və qanunun aliliyinin bərpa edilməsinin əhəmiyyətinə diqqət çəkilib, insan haqlarına hörmət göstərilməsi və şiddətdən imtina edilməsi tələb olununb.



Әlaqәli Xәbәrlәr