Yens Stoltenberq: "Bunu yalnız xəritəyə baxdıqda görə bilərsiniz"

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu bildirərək, "Bunu yalnız xəritəyə baxdıqda görə bilərsiniz" deyib.

1598210

Baş katib "NATO-nun adaptasiyası" mövzulu video-konfrans formatında keçirilən tədbirdə etdiyi çıxışda Rusiyadan "S-400" hava müdafiə sistemlərinin alınması ilə əlaqədar bir suala cavabən deyib ki, NATO müttəfiqləri arasındakı fərqliliklər yeni bir şey deyil. Alyans bu fərqlilikləri, ziddiyyətləri, problemləri mübahisə etmək və bunlara həll yolu tapmaq üçün yaxşı bir platformadır.

Stoltenberq Ankaraya "S-400", Şərqi Aralıq dənizi və qaçqın problemi kimi mövzularda narahatlıqların bildirildiyini qeyd edərək, davamla deyib ki, ancaq biz də bunu başa düşməliyik ki, Türkiyə önəmli bir müttəfiqdir. Sadəcə xəritəyə baxsanız nə qədər əhəmiyyətli olduğunu görə bilərsiniz. Xüsusilə İraq və Suriyaya sərhədi olmasına, DEAŞ-a qarşı mübarizədə qeyd edilən irəliləyişə, DEAŞ-ın nəzarət etdiyi bölgələrdə milyonlarla insanın azad edilməsinə və infrastruktur təməlləri ilə Türkiyədəki hava limanlarına görə böyük əhəmiyyət daşıyır.

Әlaqәli Xәbәrlәr