Bukingem sarayı Meqanın irqçilik iddialarına reaksiya verib

İngiltərə kraliçası II Elizabet Şahzadə Harri və Meqan Marklın gündəm olan reportajına münasibət bildirib.

1598357
Bukingem sarayı  Meqanın irqçilik iddialarına reaksiya verib

Bukingem sarayının kraliçanın adından yaydığı açıqlamada Harri və Meqanın irqçiliklə bağlı ittihamının narahatedici olduğu bildirilib.

“İrqçilik məsələsindən ciddi narahatlıq duyuruq və bu məsələnin üzərində duracağıq”, - açıqlamada deyilir.

Bundan başqa, qeyd olunub ki, Meqan və Arçi hər zaman çox sevilən ailə üzvləri olacaqlar.

Qeyd edək ki, M.Markl reportajda oğlu Arçinin hələ doğulmadan irqçiliyə məruz qaldığını, kraliyyət ailəsinin uşağın qaradərili ola biləcəyindən ehtiyat etdiyini açıqlayıb.

Cütlük müsahibələrində Böyük Britaniyanı tərk etmələrinin əsas  səbəblərinin "ən böyüyü" sarı mətbuatdan toplumun qalan hissəsinə süzülən irqçilik olduğunu deyib.

Meqan Kral Ailəsinə qatıldıqdan və sərbəstliyini itirdikdən sonra özünü necə tənha hiss etdiyindən danışıb: “O ailəyə qoşulduğumdan sonra buraya gələnə qədər bir daha pasportumu, sürücülük vəsiqəmi, açarlarımı bir daha görmədim, hər şey alt-üst oldu”

Onun sözlərinə görə, psixoloji sağlamlığı o qədər pisləşmişdi ki, daha yaşamaq istəmirdi.

“Təsisata kömək üçün müraciət etdim, dedim ki, əvvəllər heç vaxt özümü belə hiss etməmişəm, dedim ki, harasa gedib yardım istəməliyəm, lakin mənə deyildi ki, bunu edə bilmərəm, çünki təsisat üçün bu yaxşı olmayacaq”.

 



Әlaqәli Xәbәrlәr