Səudiyyə Ərəbistanı Qətərlə ikitərəfli əlaqələrin gücləndirilməsini istəyir

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizdən ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı bir mesaj alıb.

1597354

Qətərin rəsmi agentliyi "QNA"-dakı xəbərə görə, Əl Tani Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Ferhan Al Səudu paytaxt Dohadakı Əmirlik Şurasında qəbul edib.

Görüşdə Əl Səud Kral Salmanın mesajını Qətər Əmiri Temimə çatdırıb.

Mesajın iki ölkəni bir-birinə bağlayan dərin qardaşlıq münasibətləri, bu əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi yolları, eləcə də regional və beynəlxalq məsələlərlə əlaqəli olduğu bildirilib..

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində "terror qruplarını dəstəkləmək" ittihamı ilə Qətərlə bütün diplomatik münasibətlərini kəsmiş və bu ölkəyə iqtisadi embarqo tətbiq etməyə başlamışdı.

Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu vəziyyət Körfəz bölgəsində böhrana səbəb olmuşdu.

5 yanvarda Səudiyyə Ərəbistanının Al-Ula şəhərində təşkil edilən 41-ci Körfəz Əməkdaşlıq Şurası Zirvəsində Qətərə embarqo qoyan ölkələrin Doha ilə diplomatik əlaqələrini bərpa etdikləri və embarqonun qaldırıldığı elan edilmişdi.

Әlaqәli Xәbәrlәr