Kamila Harris vә Binyamin Netanyahu arasında telefon danışığı olub
Amerika Birlәşmiş Ştatlarının vitse-prezidenti Kamila Harris vә İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Amerika Birlәşmiş Ştatlarının vitse-prezidenti Kamila Harris vә İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. Mәlumata görә, söhbәt zamanı iki ölkә arasındakı әmәkdaşlıq gündәmә gәlib.
Ağ Evdәn verilәn yazılı bәyanatda Kamila Harris vә Binyamin Netanyahunun Amerika Birlәşmiş Ştatları ilә İsrail arasındakı tәrәfdaşlığı müzakirә ediblәr.
Harris Amerika Birlәşmiş Ştatlarının İsrailin tәhlükәsizliyinә olan dәstәyin davam etdiyini vurğulayıb.
Kamila Harris İsrailin son dövrdә әrәb vә müsәlman dövlәtlәri ilә münasibәtlәrini normallaşdırmasını dәstәklәdiyini bildirib.
Tәrәflәrin İranın nüvә proqramı daxil olmaqla regional mövzuları da müzakirә etdiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Danimarkada quş qripi virusu (H5N8) sürətlə yayılır
Danimarkada quş qripi virusu (H5N8) aşkarlanan fermada 19.000 qaz və ördək tələf edilməyə başlanıb.