ABŞ-da edam cəzalarının icra metodları artırıldı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Karolina ştatında edam cəzalarının icra üsullarına güllələnmək də əlavə edildi.

1594173
ABŞ-da edam cəzalarının icra metodları artırıldı

Edam məhkumların güllələnərək edam edilməsini nəzərdə tutan qanun layihəsi səs çoxluğu ilə qəbul edildi. Gülləmək metodu zəhərli enjeksiyon ilə icra edilə bilməyən cəzalarda seçilən elektrikli stula alternativ olaraq edam cəzasının icra metodlarına əlavə edilib.

Xatırladaq ki, Cənubi Karolinada edam cəzasına məhkum edilənlər zəhərli inyeksiya və elektrik stulları kimi edam cəzası icra üsulları arasından seçim etmək hüququna sahib olduqları üçün, zəhər inyeksiyası ilə cəzanın icrası mümkün olmadıqda cəza icrasını təxirə salmağa çalışırdılar. Bu səbəbdən Qubernator Henry McMaster senatı apellyasiya hüquqlarının sona çatdığı və edam cəzalarının təsdiq edildiyi məhkumların cəzalarının icrasının təxirə salınmasının qarşısının alınması üçün edam metodlarını artırmağa çağırmışdı.



Әlaqәli Xәbәrlәr