İngiltərə karantindən çıxış planını açıqladı

Ölkənin baş naziri Boris Conson Parlamentin İcmalar Palatasında çıxış edərək İngiltərədə karantin rejiminin yumşaldılması barədə məlumat verib

1588754
İngiltərə karantindən çıxış planını açıqladı

 

  Böyük Britaniyanın sərt karantin rejimindən çıxış planı açıqlanıb

  Ölkənin baş naziri Boris Conson Parlamentin İcmalar Palatasında çıxış edərək İngiltərədə karantin rejiminin yumşaldılması barədə məlumat verib.

  Birləşmiş Krallıqda korona virusu məhdudiyyətlərinin martın 8-dən etibarən 4 mərhələdə qaldırılması planlaşdırılır.

  1. Birinci mərhələdə martın 8-dən başlayaraq Britaniyada bütün məktəblər açılacaq və iki nəfər açıq havada görüşə biləcək. Martın 29-dan etibarən isə iki fərqli ailədən olan insanlar və açıq havada 6 nəfər görüşə biləcək, həmçinin açıq havada idmana icazə veriləcək.
  2. İkinci mərhələ aprelin 12-dən başlayacaq və bərbərlər, restoran və kafelər açılacaq.
  3. Üçüncü mərhələ mayın 17-dən etibarən qüvvəyə minəcək. İki fərqli ailədən olan insanların otaqda görüşməsinə icazə veriləcək. Kinoteatrlar və otellər açılacaq, konsertlər və idman yarışları başlanacaq.
  4. Dördüncü və son mərhələyə iyunun 21-də keçiləcək. Bu dövrdə altı nəfərlik görüşlər 30 nəfərə qədər artırılacaq, sosial təmasda olan bütün qanuni məhdudiyyətlər götürüləcək və gecə klubları fəaliyyətə başlayacaq.


Әlaqәli Xәbәrlәr