Fransada islamofobiya davam edir

Fransada tikinti işləri davam edən Eyüp Sultan Məscidinin divarına İslam əleyhinə yazılar yazılıb

1588713
Fransada islamofobiya davam edir

İslam Cəmiyyəti Milli Vizyonunun sosial media hesabında paylaşılan məlumata görə, məscidin divarında “İslamı qəbul etmirik, ölkənizə qayıdın” ifadəsi yazılıb. Açıqlamada qeyd edilib ki, belə hadisələr Fransanda zərərli və təhlükəli atmosferin hazırda hökm sürdüyünün göstəricisidir.

Qeyd edək ki, tikinti işləri davam edən Eyüp Sultan Məscidi Avropanın ən nəhəng məscidi olacaq. Osmanlı memarlığı sitilində 15 hektarlıq ərazidəki kompleksdə 3 min nəfərlik bir məscid, konfrans salonları, məktəb, kitabxana, müəllimlər otağı, restoran və butiklər inşa edilir.



Әlaqәli Xәbәrlәr