Çinin BBC telekanalın yayımına qadağa qoymasına reaksiyalar davam edir
Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departementinin sözçüsü Ned Price Çinin İngilis telekanalı BBC yayımını qadağan etməsinə sərt reaksiya verib və qərarı qınadığını açıqlayıb.

Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə Çin Milli Radio və Televiziya İdarəsi (NRTA), “BBC World News” telekanalının Çin ilə əlaqəli bəzi xəbərlərində "qərəzsiz və bitərəflik prinsiplərinin" pozduğunu irəli sürüb və bu səbəbdən fəaliyyətinin dayandırılması qərarına gəlindiyini bildirib.
Britaniyanın BBC yayım korporasiyası isə Çin Xalq Respublikasının öz ərazisində “BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olub.
Şirkətin bu barədə yaydığı şərhdə: “Biz Çin hakimiyyətinin belə yol seçmək barədə qərar qəbul etməsindən məyus olduq”.
Şirkət bildirib ki, dünyada bütün xəbər yaymçıları arasında ən böyük etibardan istifadə edir və bütün hadisələr haqqında dürüst, qərəzsiz, heç nədən qorxmadan və heç kəsə üstünlük vermədən məlumat verir.
Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departementinin sözçüsü Ned Price da Çinin İngilis telekanalı BBC yayımını qadağan etməsinə sərt reaksiya verib və qərarı qınadığını açıqlayıb.
Әlaqәli Xәbәrlәr

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə bir araya gələcək
NATO-ya üzv ölkələrin müdafiə nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.