ABŞ Türkiyə ilə ortaq maraqları olduğunu bildirdi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə ilə ortaq maraqlara diqqət çəkib.

1581289
ABŞ Türkiyə ilə ortaq maraqları olduğunu bildirdi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə ilə ortaq maraqlara diqqət çəkərək, “Ortaq prioritetlərimiz üzrə əməkdaşlıq yolları axtarırıq və hər müttəfiqlə olduğu kimi fikir ayrılıqları mövzusunda da dialoq prosesini davam etdiririk".

Prays Dövlət Departamentində təşkil edilən mətbuat konfransında gündəmdəki mövzuları qiymətləndirib.

Prays Türkiyənin uzunmüddətli və dəyərli bir NATO tərəfdaşı olduğunu vurğulayıb.

"Türkiyə ilə Surayadakı müharibəni başa çatdırmaq, terrora qarşı mübarizə aparmaq və bölgədəki pis niyyətləri çəkindirmək daxil olmaqla bir çox ortaq maraqlarımız var" deyə bildirən Prays "Kritik məsələlərdə rəsmi Ankaranın transatlantik ittifaqının təqib etdiyi istiqamətə sadiq qaldığını təmin edərkən və Türkiyə ilə maraqlarımızı qoruyarkən qanunun aliliyi və insan hüquqları da daxil olmaqla dəyərlərimizə sadiq qala bilərik" deyib.

Prays ayrıca ABŞ Dövlət Katibi Entoni Blinkenin yaxın günlərdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparacağını da qeyd edib.



Әlaqәli Xәbәrlәr