İngiltәrә müdafiә naziri ‘‘Times’’ qәzetinә müsahibә verib

İngiltərə müdafiә naziri  Ben Vallas kimyəvi və bioloji hücum təhlükəsinin artdığını və dövlətlərin uzun müddətdir mövcud olan beynəlxalq qaydaları görmәzlikdәn gәldiyini deyib.

1580462

‘‘Times’’ qəzetinə müsahibә verәn Velles  bəzi rejimlərin İngiltərə və Suriyadakı kimyəvi hücumlardan sonra bu növ  kimyəvi maddələrin rəqiblərinə qarşı istifadə edilməsinin məqbul olduğuna inanmağa başladığını söyləyib.

Valles  internetin kimyəvi və ya bioloji silahları araşdırmaq və inkişaf etdirmək istəyən terror qruplaşmalarına vә  dövlətlərə "turbo dəstək" verdiyini qeyd edib.

"Qlobal səviyyədə kimyəvi və ya bioloji hücum təhlükəsinin artdığını düşünürəm. Bu internet istifadəçilərinin nә növ  məlumatlar әldә etmәsindәn asılıdır. Suriya kimi ölkələrin bu növ silahları öz xalqına qarşı istifadə etdiyini görürsünüz’’,-deyә Ben Valles vurğulayıb.

İngiltərə müdafiə naziri keçmiş rus cәsusu Sergey Skripal və qızının 2018-ci ildə İngiltərədə kimyəvi hücuma məruz qaldığına da diqqət çəkib və bu hadisənin arxasında Rusiyanın dayandığını iddia edib.

Әlaqәli Xәbәrlәr