Fayiz әs-Sәrrac vә Jan Kubis Liviyadakı siyasi vә iqtisadi prosesi müzakirә ediblәr

Liviya Baş naziri Fayiz әs-Sәrrac ilә Birlәşmiş Millәtlәr Tәşkilatının Liviya üzrә xüsusi nümayәndәsi Jan Kubis Liviyadakı hәrbi vә iqtisadi prosesi müzakirә ediblәr.

1579149

Liviya Nazirlәr Kabinetindәn verilәn bәyanata görә, Kubis Liviya Baş naziri Sәrracla telefon әlaqәsi saxlayıb.

Söhbәt zamanı ölkәni seçkilәrәdәk idarә edәcәk müvәqqәti rәhbәrliyin müәyyәn edilmәsindәn sonra hәrbi vә iqtisadi prosesin dә tamamlanmasının vacibliyi vurğulanıb.

Yeni rәhbәrliyin dövlәt qurumlarının yenidәn birlәşmәsini tәmin etmәsinin vacibliyi qeyd olununan görüşdә seçkilәrin müәyyәn edilәn tarixdә keçirilmәsinin zәruriliyi vurğulanıb.

Fevralın 5-dә Birlәşmiş Millәtlәr Tәşkilatının rәhbәrliyi altında İsveçrәdә toplanan Liviya Siyasi Dialoq Forumu üzvlәrinin sәsvermәsi nәticәsindә 2021-ci ilin 24 dekabr tarixinә keçirilmәsi nәzәrdә tutulan seçkilәrәdәk Prezident Şurasının sәdri postuna Mәhәmmәd Menfi vә Baş nazir postuna da Abdulhәmit Dibeybe seçilmişdi.

BMT Liviyaya Dәstәk Missiyası Liviyadakı hәrbi vә iqtisadi prosesi tәqib edir. Bu çәrçivәdә qurulan 5+5 Hәrbi Komitәsi atәşkәsin tәmin olunması, iqtisadi vә maliyyә qurumlarının birlәşmәsini hәdәflәyir.

Әlaqәli Xәbәrlәr