Co Bayden ölkəsində diplomatiyanın geri qayıtdığını söyləyib

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına Yəməndəki mühabirəyə verdikləri hərbi dəstəyinə son qoyduqlarını bildirib.

1577601
Co Bayden ölkəsində diplomatiyanın geri qayıtdığını söyləyib

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına Yəməndəki mühabirəyə verdikləri hərbi dəstəyinə son qoyduqlarını bildirib.

Bayden prezident olduqdan sonra ilk ziyarətini Dövlət Departamentinə  reallaşdırıb və oradakı çıxışında "diplomatiya geri qayıtdı" ifadəsini işlədib.

ABŞ-ın qlobal miqyasda diplomatiya addımlarını gücləndirəcəyini və problemlərin həllində diplomatiyaya diqqət yetirəcəyini qeyd edən Bayden Dövlət katibi Entoni Blinken və komandasına etibarını dilə gətirib.

Sabiq Prezident Donald Trampın dövrünə toxunaraq, "Rusiyanın təcavüzkar hərəkətləri qarşısında ABŞ-ın təslim günləri bitdi" deyən Bayden Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasının vacibliyini ifadə edib. 

Almaniyadan qoşunların çıxarılması prosesini isə dayandırdığını söyləyən Bayden ölkəsinin Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına hərbi dəstəyinə son verdiyini də açıqlayıb.

Bayden Yəməndəki vəziyyətə üstünlük verdiklərini vurğulayaraq, Səudiyyə Ərəbistanına silah satışını dayandırdığını söyləyib.



Әlaqәli Xәbәrlәr