ABŞ-da qar fırtınası səbəbilə  yüzlərlə aviareys təxirə salınıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) qərbində başlayan və ölkənin şərq hissəsini təsir altına alan ilin ilk qar fırtınası həyatı ləng etməkdə davam edir.

1575737
ABŞ-da qar fırtınası səbəbilə  yüzlərlə aviareys təxirə salınıb

Milli Meteoroloji Xidmətindən yayılan məlumata görə qar fırtınası Nyu-York və Nyu -Jersey ştatlarında bu gün, ölkənin şimal-şərqində yerləşən Maine və Vermont ştatlarında isə sabaha qədər davam edəcək. Qar fırtınası səbəbindən Nyu- York və Nyu- Jersey ştatlarında təcili vəziyyət elan edilib. Nyu- York Bələdiyyəsi isə məcburiyyəti olmayanların çölə çıxmasını qadağan edib. Metro daxil olmaqla ictimai nəqliyyat  məhdudlaşdırılıb.

Nyu- Jersey valisi Phil Murphy birinci gündən bəri təxminən 1500 evin elektrik enerjisiz qaldığını və davam edən güclü qar fırtınasının daha çox bölgədə elektrik kəsilməsinə səbəb olacağını bildirib. Milli Meteoroloji Xidməti şərq sahillərini vuran güclü qar fırtınasının dəniz səviyyəsinin artmasına səbəb ola biləcəyini qeyd edib.

Qar fırtınası səbəbiylə ölkənin şərqindəki hava limanlarında, xüsusilə Nyu- York, Nyu- Jersey və Pennsylvania-da uçuşlar ləğv edilib. Bu da Connecticut, Nyu- Jersey, Rhode Island, Philadelphia, Nyu-York və paytaxt Vaşinqtonun bəzi bölgələrində koronavirus (Kovid-19) peyvəndlərinin paylanmasını və tətbiqini ləng edib.



Әlaqәli Xәbәrlәr