Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 237 min 799-u keçib.

1574678
Dünyada koronavirusla bağlı son vәziyyәt
SÜPER FOTO koronavirus aşı.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 239 mini 494-ü, infeksiyaya yoluxanların sayı 103 milyon 607 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 75  milyon 221 mini keçib.

ABŞ-da koronavirusdan həlak olanların sayı 450 min 754 nəfəri keçib. Ölkədə yoluxmaların sayı isə 26 milyon 682 min təşkil edib.
İngiltərədə son 24 saat ərzində 587 ölüm və 21 min 88 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə ölənlərin ümumi sayı 106 min 58, yoluxmaların sayı isə 3 milyon 817 min 176 olub.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 195 nəfər ölüb, beləliklə ölkədə insan itkisinin ümumi sayı 76 min 57 olub. Bir gündə 19 min 235 yeni yoluxmanın qeydə alınması ilə ölkədə virusun yoluxduğu insan sayı 3 milyon 197 min 114-ə yüksəlib.

Rusiyada son 24 saat ərzində daha 17 min 648 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Ölkədə koronavirusa yoluxanların sayı 3 milyon 868 min 087 nəfərə çatıb.

Son 24 saat ərzində 437 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 73 min 619 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

İranda son 24 saat ərzində 79 nəfər koronavirusdan ölüb.

Ölkədə ötən 24 saat ərzində 6 min 597nəfər isə koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 milyon 424 min 596 nəfərə çatıb. Virus daşıyıcılarından 3 min 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr