İndoneziyada qәzaya uğramış tәyyarә ilә bağlı aparılan axtarış әmәliyyatları sona çatdırılıb

İndoneziyada yanvarın 9-da  qәzaya uğramış sәrnişin tәyyarәsi ilә bağlı axtarış әmәliyyatları sona çatdırılıb.

1568728

İndoneziyanın nәqliyyat naziri Budi Karya Sumadi tәyyarәnin qәzaya uğradığı bölgәdә aparılan axtarış әmәliyyatlarının sona çatdığını deyib.

Milli Axtarış-Xilasetmә Agentliyinin rәhbәri Baqus Puruhito bildirib ki, aparılan axtarış әmәliyyatları zamanı tapılan meyit parçalarının olduğu torba sayı 324-ә çatıb.

Qeyd edәk ki, yanvarın 9-da  ‘‘Boeing 737-500’’ tipli sәrnişin tәyyarәsi havaya qalxdıqdan qısa middәt sonra radardan itib. Tәyyarәdә 50 sәrnişin ilә 12 ekipaj üzvü olub.

Tәyyarәnin Laki vә Lancanq adası yaxınlığında qәzaya uğradığı bildirilib.

Әlaqәli Xәbәrlәr