P. Sançez: "Türkiyə ilə əlaqələrimizi gücləndirmək istəyirik"

İspaniyanın baş naziri Pedro Sançez paytaxt Madridə təşkil edilən 6-cı Səfirlər Konfransında Türkiyə-İspaniya münasibətlərinə toxunub.

1566212
P. Sançez: "Türkiyə ilə əlaqələrimizi gücləndirmək istəyirik"

"Türkiyə ilə əlaqələri gücləndirmək istəyirik, bu çərçivədə caril il ərzində hökumətlərarası zirvə keçiriləcək".

Bunu İspaniyanın baş naziri Pedro Sançez paytaxt Madridə təşkil edilən 6-cı Səfirlər Konfransında Türkiyə-İspaniya münasibətlərinə toxunarkən deyib.

Türkiyə ilə keçirilməsi planlaşdırılan ikili zirvə yığıncağına və prezident Rəcəb Tayyib Ərdoğan ilə də bu mövzuda danışdığına toxunan Sançez "Avropa İttifaqının (Aİ) strateji tərəfdaşı və tam üzvlük prosesi davam edən, NATO üzvü Türkiyə ilə əlaqələrimizi gücləndirməliyik" deyib.

Sançez İspaniyanın Aİ-dəki tərəfdaşları  ilə həmrəyliyini tərk etmədən, Türkiyə ilə konstruktiv dialoq qurulmasına dəstəyini təkrarlayıb.

Xatırladaq ki, İspaniya ilə Türkiyə arasında hökumətlərarası zirvə hazırlıqları xarici işlər naziri Mövlud Çavuşoğlunun Madriddə yanvarın 8-də ispan həmkarı Arança Qonzalez Laya ilə keçirilən görüşdə gündəmə salınmış və bu zirvənin 2021-ci ilin ikinci yarısında Türkiyədə baş tutacağı bəyan edilmişdi.



Әlaqәli Xәbәrlәr