Dünyada koronavirusla bağlı son vәziyyәt (18 yanvar)

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 32 mini, infeksiyaya yoluxanların sayı 95 milyon 300 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 68  milyon 51 mini keçib.

1565414
Dünyada koronavirusla bağlı son vәziyyәt (18 yanvar)

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 32 mini, infeksiyaya yoluxanların sayı 95 milyon 300 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 68  milyon 51 mini keçib.

Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 407 min 202  minә, infeksiyaya yoluxanların sayı da 24 milyon 482  min 50-yә yüksәlib.

Braziliyada koronavirusdan ölәnlәrin sayı 209 min 869-a, infeksiyaya yoluxanların sayı da 8 milyon 488- min 99-a çatıb. Ölkәdә fövqәladә vәziyyәtlәrdә ‘‘CoronaVac’’ vә ‘‘AstraZeneca’’ peyvәndlәrinin istifadә edilmәsinә icazә verilib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 377  artaraq 82 min 177-yә, infeksiyaya yoluxanların sayı da 12 min 415  artaraq 2 milyon 381 min 277-yә çatıb.

Fransada epidemiya sәbәbindәn ölәnlәrin sayı gün әrzindә 141 artaraq  70 min 283-ә,  virusa yoluxanların sayı da 16 min 642 artaraq  2 milyon 910 min 989-a yüksәlib.

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 152 min 456-ya, infeksiyaya yoluxanların sayı da 10 milyon 572  min 672-yә çatıb.

Tunisdә koronavirus qurbanlarının sayı 5 mini, infeksiyaya yoluxanların sayı da 180 mini keçib. Ölkәdә virusla bağlı görülәn tәdbirlәrlә әlaqәdar etiraz aksiyası keçirilib.  Aksiya zamanı azı 200 aksiyaçı  saxlanılıb.


 



Әlaqәli Xәbәrlәr