İtaliyada hökumət böhranı
İtaliyada koalisiya hökumətinin ortaqlarından Italia Viva (Iv) partiyasının lideri Matteo Renzi hökumətdən çəkildiklərini açıqladı.
Baş nazir Giuseppe Conteni İtaliyanın koronaviru (Kovid-19) əleyhinə mübarizə məqsədiylə Avropa İttifaqından aldığı yardım fondundan istifadəsinə görə hökuməti tənqid və koalisiyadan ayrılmaqda təhdid edən Matteo Renzi Nümayəndələr Palatasında təşkil etdiyi mətbuat konfransı qərarını açıqlayıb. O Kənd Təsərrüfatı və Meşəçilik Siyasətləri naziri Teresa Bellanova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Elena Bonetti, Xarici İşlər nazirinin müavini İvan Scalfarottonun istefa məktublarını baş nazirliyə təqdim etdiklirini bildirib. Ölkənin problemlərinə diqqətləri cəlb etmək və həlli uğrunda konkret addımlar atılmasını istədiklərini ifadə edən Renzi, Baş nazir Giuseppe Contenin antidemokratik siyasət izlədiyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Vladimir Putin and içərək vəzifəsinin icrasına başlayıb
Rusiya prezidenti Vladimir Putin and içərək beşinci dəfə vəzifəsinin icrasına başlayıb.