Çin dövlət başçısı ordudan müharibəyə hazır olmasını istədi

Çin dövlət başçısı Şi Jinping orduya “müharibəyə hazır olun” çağırışı edib.

1557773
Çin dövlət başçısı ordudan müharibəyə hazır olmasını istədi

Sputnik-in məlumatına görə, Çin Mərkəzi Hərbi Komissiyasına da rəhbərlik edən dövlət başçısı Jinping bütün ordu qüvvələrinə müraciətində regiondakı gərginliklərə işarə edərək müharibənin hər an başlana biləcəyini söyləyib. Müdafiə Sənayesi Nazirliyinə də yeni texnologiyaların tətbiqi istiqamətində tapşırıqlar verib. 

 O: “Ordumuzun əsgərləri və komandirləri çətinlik və ölüm qorxusu olmadan döyüş ruhunu yaşatmalıdırlar. Çətinliklərdən və ölümdən qorxulmamalıdır.”

“South China Morning Post” qəzetində əks edən xəbərdə isə : “Şi Jinpingin əvvəlki çıxışlarından fərqli olaraq 'cəbhə xəttini' xatırlatması, Tayvan və Hindistan kimi sərhəd gərginliklərini birlikdə düşünərkən maraqlıdır”

Xatırladaq ki, Hindistanla Himalay sərhədindəki gərginlik iyun ayında 20 hind əsgərinin öldüyü və Pekinin açıqlanmayan sayda itki verdiyi qanlı qarşıdurma ilə nəticələndi. Gərginliyin azaldılması ilə bağlı hər iki tərəfin öhdəliklərinə baxmayaraq, sərhəddə gərginlik  hələ də davam edir.



Әlaqәli Xәbәrlәr