Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər var

Yəməndə yeni hökumət üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra partlayış olub, ölənlər var.

1554732
Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər var

Reuters xəbər agentliyinin məlumatına görə partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib. Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb. Qeyd edilib ki, Partlayışlardan sonra ərazidə atəş səsləri eşidilib. İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb. Ölən və yaralananların sayının artacağı ehtimal olunur.



Әlaqәli Xәbәrlәr