Çinin Sincan Uyğur Muxtar bölgəsində təbii qaz ehtiyatı tapılıb

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətində 109 milyard kubmetr təbii qaz ehtiyatı tapılıb.

1548961
Çinin Sincan Uyğur Muxtar bölgəsində təbii qaz ehtiyatı tapılıb

Qlobal Times qəzetinin xəbərinə görə bu barədə Çinin “PetroChina” şirkətinin Sincan şöbəsinin baş meneceri Huo Cin bu barədə məlumat yayıb.

O qeyd edib ki, qaz axtarış sahəsi hövzəsindən 156 kvadrat kilometr cənub ərazini əhatə edən yataqdan gündəlik 610 min kubmetr təbii qaz ehtiyatı və 106.3 kubmetr xam neft çıxarılacağı proqnozlaşdırılır.

Dünyanın ən böyük enerji istehlakçısı olan Çinin şimal-qərbindəki Uyğur bölgəsi neftlə yanaşı, qızıl, platin, gümüş, uran və kömür, eləcə də bir çox yeraltı qaynağa sahibdir.

“PetroChina” 2019-cu ilin oktyabr ayında muxtar bölgənin cənubunda apardığı kəşfiyyat işində 115,3 milyard kubmetr təbii qaz ehtiyatı tapmışdı.

 



Әlaqәli Xәbәrlәr