ABŞ-da Daxili işlər naziri yerli xalqın nümayəndəsi Haaland ola bilər

Joe Biden “Pueblo” xalqının nümayəndəsi Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək.

1547851
ABŞ-da Daxili işlər naziri yerli xalqın nümayəndəsi Haaland ola bilər

3 Noyabrda Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən prezident seçkilərində qalib gələn Joe Biden Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək. 60 yaşlı Haaland Nyu Meksiko ştatının qərbi-mərkəzi hissəsində yerləşən Albukerk şəhərində məskunlaşan Pueblo xalqının nümayəndəsidir.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Nümayəndələr Palatasının sədri Nensi Pelosi Bidenın seçimini dəstəkləyib. Pelosi deyib ki, prezidentin Deb Haalandı  Daxili İşlər Naziri   təyin etmək fikrini yüksək qiymətləndirirəm.

Qeyd edək ki, Haalandin namizədliyi təsdiqlənərsə ABŞ-ın yerli amerikan xalqlarından olan ilk nazir olacaq.

 



Әlaqәli Xәbәrlәr